Çempionlar Liqası: “Şerif”dən darmadağın, “Monako” öz meydanında uduzdu

Çempionlar Liqası: “Şerif”dən darmadağın, “Monako” öz meydanında uduzdu

18 Avqust 2021 06:07
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin görüşlərinə start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda - 23:00-da başlayıb.

"Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 19-cu dəqiqədə Pedrinyo vurub.

Moldovada "Şerif"lə üz-üzə gələn Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası 0:3 heabı ilə uduzub. Meydan sahiblərinin heyətində 45 və 80-ci dəqiqələrdə Adama Traore, 54-cü dəqiqədə isə Dimitris Kolovos fərqlənib.

Avstriyada Danimarka "Bröndbü"sü ilə qarşılaşan "Zalsburq" əzmkar qələbə qazanıb. Matçda hesabı danimarkalılar açıblar. Mikael Urye 4-cü dəqiqədə komandasını önə çıxarıb.56-cı dəqiqədə Kərim Adeymi tarazlığı bərpa edib. Əsas vaxtın sonuncu dəqiqəsində isə Brenden Eronson "Zalsburq"a qələbə qazandıran qola imza atıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. "Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:1

Qol: Pedrinyo, 19

23:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Adama Traore, 45; 80, Dimitris Kolovos, 54

23:00. "Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1

Qollar: Kərim Adeymi, 56, Brenden Eronson, 90 - Mikael Urye, 4

Qeyd edək ki, bu mərhələnin digər matçları avqustun 18-də olacaq.