Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsi başlayır

Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsi başlayır

17 Avqust 2021 07:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) və Avropa Liqasında (AL) pley-off mərhələsinin görüşlərinə start veriləcək.

Oxuməni.az-ın məlumatına görə, ilk oyun günündə ÇL-də 3, AL-də isə 1 qarşılaşma baş tutacaq. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda - 23:00-da başlayacaq.

Çempionlar Liqasında "Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edəcək. Digər oyunlarda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Moldovada "Şerif"lə, "Zalsburq" isə evdə Danimarka "Bröndbü"sü ilə üzə-üzə gələcək.

Avropa Liqasında isə "Srvena Zvezda" Serbiyada Rumıniyanın ÇFR klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. "Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka)

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

23:00. "Srvena Zvezda" (Serbiya) - ÇFR (Rumıniya)

Qeyd edək ki, Çempionlar Liqasında bu mərhələnin digər matçları 18 avqustda, Avropa Liqasında isə 18-19 avqustda oynanılacaq.