Tokio-2020: Daha 21 nəfərdə koronavirus aşkarlanıb

Tokio-2020: Daha 21 nəfərdə koronavirus aşkarlanıb

31 İyul 2021 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Tokio Yay Olimpiya Oyunlarına cəlb edilmiş 21 nəfərin koronavirus testi müsbət olub.

Bu barədə Oxuməni.az Tokio-2020-nin Təşkilat Komitəsinin saytına istinadən xəbər verir.

Məlumata görə, virusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə, olimpiada iştirakçılarından testi müsbət çıxanların ümumi sayı 246 nəfərə çatıb.

Tokioda koronavirusa görə epidemioloji vəziyyətinin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi 31 avqusta qədər uzadılıb. Bu rejim xüsusən iaşə obyektlərində spirtli içkilərin satışının qadağan edilməsini və azarkeşlərin kütləvi tədbirlərə buraxılmasının məhdudlaşdırılmasını nəzərdə tutur. Həmin səbəbdən Yaponiyanın paytaxtında 23 iyulunda başlayan və avqustun 8-dək davam edəcək Olimpiada azarkeşsiz keçirilir.