Fırtına qopmağa davam edir

Fırtına qopmağa davam edir

26 Aprel 2011 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Meqa-star Tarkanın "Adımı kalbine yaz" albomunun turnesi çərçivəsindəki növbəti dayanacağı Almaniya oldu. Düsseldorfun "İss Dome" sarayında 10 min heyranının görüşünə gələn müğənni yenə də təəccübləndirdi. Rəqsləri, mahnıları, kostyumları - performansı ilə zaldakıların alqışlarını haqq edən Tarkan həmin gün Almaniyaya unudulmaz anlar yaşatdı. Onun bu konsert proqramı çox güman ki, almanların yaddaşından uzun müddət silinməyəcək.

Tarkan "Adını kalbine yaz" albomu ilə yenə də adını qəlblərə yazdıra bildi...


Günel Həbib


O.M.