Şəbnəmdən etiraf: “ Məndən çox radarlara pul ödəyən yoxdur"-Video

Şəbnəmdən etiraf: “ Məndən çox radarlara pul ödəyən yoxdur"-Video

4 Mart 2021 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

“O qədər cərimələnirəm ki, heç xatırlamıram”.

Oxuməni.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu cərimələri haqqında danışarkən deyib.

ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramının qonağı olan ifaçı sonuncu dəfə 60 manat cərimələnərək 3 bal yazıldığını və yol hərəkət qaydalarını tez-tez pozduğunu etiraf edib:

"Bir neçə gün əvvəl efirə tələsirdim, tıxac idi. Bilmədən polisin gözünün qabağından dönməyə çalışdım. Saxladılar, cərimə yazdılar. Heç vaxt tanınmağımdan istifadə etmirəm. Nə vaxt yol polisi saxlayır, qayda pozuramsa, deyirəm “yazın”. Məndən çox radarlara pul ödəyən yoxdur".

Həmin görüntüləri təqdim edirik: