Məşhurlar 8 martda nə qədər qazanacaqlar? - 1 saatı 15 min manat...

Məşhurlar 8 martda nə qədər qazanacaqlar? - 1 saatı 15 min manat...

2 Mart 2021 11:19
Bəyəndim (6) Bəyənmədim (0)

8 Mart Beynəlxalq Qadınlar Gününün gəlişinə az vaxtq qalıb. Qadınların əksəriyyəti bayramda müxtəlif hədiyyələr almaq istədiklərini bildirsələr də, bəzi xanım sənətçilərimiz müxtəlif məkanlarda çıxış edərək qonorar alacaqlar.

Oxuməni.az xəbər verir ki, "MTV Azərbaycan"ın əməkdaşları məşhurlar arasında sorğu keçirərək həmin gün onların qazanacaqları qonorarı öyrəniblər.

Xalq artisti Aygün Kazımova 1 saatlıq çıxış üçün 15 min manat pul alacaq.

20-dən çox restorandan təklif alan müğənni Səidə Sultan 5 məkanla razılaşıb. O, yarımsaatlıq çıxışa görə 2 min manat qazanacaq.

Nura Suri müxtəlif məkanlarla razılaşsa da, daha sonra onları təxirə salıb.