Hüseyn Məhəmmədoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) ələ salıb

Hüseyn Məhəmmədoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) ələ salıb

19 Fevral 2021 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Toysuz qalan şou əhli “üsyan” etməkdə davam edir.

Oxuməni.az xəbər verir ki, bu dəfə məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) “sataşıb”.

Toylara hələ də icazə verilməməsinə etiraz edən musiqiçi sosial şəbəkə hesabında klarnetdə ifa edən skelet şəkli paylaşaraq “Toylar başlayanda artıq belə olacağıq. TƏBİB, bəlkə, bir az da olsa insafınız olsun? Kafelər, restoranlar doludur, maşallah. Orada korona olmur?! Hələ də anlamıram” – deyə şərh yazıb.

Onun bu paylaşımı izləyicilər tərəfindən gülüşlə qarşılanıb.

TƏBİB-ə belə sataşan olmamışdı  - Foto

Açar sözlər