Müğənni Vüqar Muradov kişiləri xəyanətdə ittiham edib

Müğənni Vüqar Muradov kişiləri xəyanətdə ittiham edib

19 Fevral 2021 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış müğənni Vüqar Muradov sosial şəbəkə hesabında onu tənqidlərə tuş edən açıqlama verib.

Oxuməni.az xəbər verir ki, o, xəyanət etməyən kişinin olmadığını bildirib:

"Əziz xanımlar, diqqətlə oxuyun, xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə.... sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu belədir, özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O, xəyanət etməyəcək? Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, xəyanət eləsən, boşanaram söhbətləri boşdur. Hansınızı dindirsək, "Xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o xalqın kişisi, yoxdur, aldadıblar sizi".

Müğənninin bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onu qınaq obyektinə çevirərək, ifaçının açıq-aşkar xəyanəti dəstəklədiyini qeyd ediblər.