Həmkarlarından Elza Seyidcahana sərt sözlər:  Müğənni deyil-Video

Həmkarlarından Elza Seyidcahana sərt sözlər: Müğənni deyil-Video

18 Fevral 2021 11:59
Bəyəndim (5) Bəyənmədim (0)

Əməkdar artist Elza Seyidcahanın bir müddət əvvəl bəzi ifaçıları bayağı adlandırması qalmaqala səbəb olub.

Sənətçi bayağı mahnı oxuyan müğənnilərin ciddi musiqini ifa etməkdən qorxduqlarını deyib:

“Siçanı ilanın qarşısına qoysan nə olar? Ürəyi çartlayıb ölər. Çalışıram ki, Elzalığımdan çıxmayım. Biz o virusdan özümüzü qoruyuruq. Danışanda da deyirlər ki, “mənim tərzim budur”. Sanki qorxurlar ki, oxuya bilməyəcəklər. Belə olanda bəstəkarlarımızın ruhu inciyir. Kimin üçünsə xoşdur dinləyə bilər, amma bizim üçün xoş deyil”.

Oxuməni.az xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu və Zeynəb Həsənidən Elzaya cavab gecikməyib. MTV Azərbaycanın qonağı olan Ş.Tovuzlu Seyidcahanı duelə çağırıb, onun da oxumasını istəyib:

“Ay insan, bəyənmirsənsə, yönünü çevir, heç mənə baxma! Sənin ruzini əlindən almıram. Sağlam rəqabət apar. Nənəm rəhmətlik həmişə deyərdi ki, düşməni daşla yox, aşla öldür. Mən davanı sevən insan deyiləm”.

Zeynəb Həsəni Əməkdar artistə sərt cavab göndərib, o, E.Seyidcahanı müğənni və bəstəkar kimi görmədiyini bildirib:

“Bayağı ifa nədir? Bunu kimsə izah edibmi? Elza xanım özü də yaxşı bilir ki, necə şeirlər, necə mahnılar yazır. Bir mahnıda ki, “ha, ha, ha, hi, hi, hi” varsa, bunu nə adlandırmaq olar?! Əgər mənim oxuduğum bayağıdırsa, onun oxunuğu “ha-ha-ha” ümumiyyətlə, gülüncdür. Elza Seyidcahanı müğənni kimi görmürəm. Çıxıb efirdən deyir ki, elədir, belədir. Kütlənin zövqünə qarışmaq olmaz, kütlə dinləyir. Bu təhqirdir. Dilimə görə dilçəyim də var! Elza xanım, kütlədə özünə qarşı aqressiya yaradır. Dəstək olun, köstək olmayın!”

Qeyd edək ki, E.Seyidcahan bir müddət əvvəl müğənni Şəbnəm Tovuzlu, Damla, Türkan Vəlizadə, Pərviz Bülbülə kimi müğənniləri bayağı adlandırmışdı.

Həmin görüntüləri təqdim edirik: