İki məşhur müğənninin qızı Sevgimcanın ifası gülüş hədəfinə çevrilib

İki məşhur müğənninin qızı Sevgimcanın ifası gülüş hədəfinə çevrilib

17 Fevral 2021 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Taranə Qumral və Musa Musayevin qızları Sevgimcanın ifası gülüş hədəfinə çevrilib.

Oxuməni.az xəbər verir ki, verilişlərin birində qonaq olan Sevgimcanın qışqıra-qışqıra oxuması tənqid atəşinə tutulub. Sosial şəbəkələrdə paylaşılan görüntülərə çoxsaylı şərhlər gəlib. İzləyicilər müğənninin qızına “Oxuya bilmirsənsə, nə məcburdur?”, “Bu oxumur, çığırır”, “Bunu oxudub mahnını niyə hörmətsiz edirlər?”, “Elə qışqırır az qalır mədəsi görünsün” – kimi şərhlər yazıblar.

Qeyd edək ki, Təranə və Musa cütlüyünün Qumral, Fidan və Sevgimcan adlı üç qızı var. Onların kiçik qızı Sevgimcan Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır.

Həmin görüntüləri təqdim edirik: