Nadir Qafarzadə sərnişinləri təhqir etdi: “Camaat bir-birindən uşağa qalacaq“

Nadir Qafarzadə sərnişinləri təhqir etdi: “Camaat bir-birindən uşağa qalacaq“

11 Fevral 2021 17:23
Bəyəndim (0) Bəyənmədim (5)

Xüsusi karantin rejiminin yumşaldılmasından sonra paytaxtdakı bəzi marşrut xətlərində səhər və axşam saatlarında həm yollarda tıxac, həm də avtobusların daxilində hədsiz sıxlıq olması sərnişinlərdə narazılıq yaradır.

Vətəndaşlar bunun eyni zamanda “COVİD-19” infeksiyasının sürətlə yayılmasına şərait yaratdığını qeyd edirlər.

Oxuməni.az xəbər verir ki, bu narazılığa tanınmış müğənni Nadir Qafarzadə də qoşulub. Sosial şəbəkə hesabında 2 saylı marşrut üzrə hərəkət edən “Bakubus” avtobusundan görüntülər paylaşan müğənni buna sərt reaksiya verib:

“Toylar olmaz, məscidlər, universitetlər, idman zalları olmaz. Avtobuslarda isə belə biabırçılıq olar? O qədər sıxlıqdır ki, camaat bir-birindən uşağa qalacaq!”