Tarkandan uşaqlara dəstək

Tarkandan uşaqlara dəstək

31 May 2012 14:18
640
Bəyəndim (0) Bəyənmədim (0)

"Kiçik qəlbləri" qırmayan meqastar Tarkan uşaq evindəki körpələr üçün səhnəyə çıxdı. Meqastar Tarkan uşaq evindəki körpələrə qol-qanad olan "Kiçik ürəklərlə əl-ələ dərnəyi"nin təşkil etdiyi ənənəvi şənlikdə səhnəyə çıxdı. Etilərdəki "Le Meridien" otelində reallaşan, aparıcılığını Jülide Atəşin etdiyi gecəyə 450 seçmə qonaq qatıldı. Mərasimdə Ədirnə, Çanaqqala, Girəsun, Muğla, Konya və Afyonkarahisar bölgələrindəki İctimai Xidmətlər və uşaq əsirgəmə təşkilatına bağlı uşaq bağçaları və uşaq evləri üçün 1 milyon lirədən artıq pul yığıldı. Mika-Dər idarə heyəti başçısının köməkçisi Arzu Sabancının ev sahibliyində reallaşan gecəyə qatılan Şənər Qutluay, Selen Keçəli, Adnan Şən, Gülşah Alqoçlar, Tamara Mansimov, Suzan Toplusoy, Tülün Şahin kimi məşhurlar Tarkanın mahnılarıyla coşdu.

O.M