Siz Lorini belə görməmişdiniz

Siz Lorini belə görməmişdiniz

29 May 2012 19:49
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, onun əsl adı Zineb Noka Talxaudur

"EMM-2012"-nin qalibi haqda daha bir xəbər. Sən demə, Mərakeş-Bərbər əsilli olan 28 yaşlı isveçli kəndli qızı yarışmadan öncə xeyli tər tökməli, xarici görkəmini tamamilə dəyişməli olub. Altapress.ru-nun məlumatına görə, Lorin Bakıya gəlməzdən əvvəl üzündə kiçik plastik əməliyyat etdirməklə yanaşı, xeyli kilo verib. Əvvəlcədən qeyd edək ki, hamımızın Lorin kimi tanıdığı qızın əsl adı Zineb Noka Talxaudur. O, 1983-cü il 16 oktyabrda Stokholm ətrafında kiçik bir qəsəbədə 10 nəfərlik böyük bir ailədə dünyaya gəlib. Uşaqların ilkidir. Lorin 2004-cü ildə "İdol" müsabiqəsində iştirak etməklə İsveçdə tanınmağa başlayıb. Özünün etiraf etdiyinə görə, pərəstiş etdiyi müğənnilər çox deyil: Björk, David Bowie, Michael Jackson, Lisa Gerrard, Madonna və Céline Dion.

Lorin daxili aləmə üstünlük verdiyini və Vipassanın "Daxili aləmi oxumaq" fəlsəfəsi ilə məşğul olduğunu heç kimdən gizlətmir. O, yerdəki maddi nemətlərə qarşı biganədir, əsasən də spirtli içkilərə.

Xatırladaq ki, səhnədə dünyaca məşhur rəqqas Osben Cordanla rəqs edən Lorin bunun üçün çox çalışmalı olub. Hətta sonda baş üzərinə qaldırılma hərəkəti üçün o, 10 kiloya qədər artıq çəkidən azad olmaq məcburiyyətində qalıb. Yeri gəlmişkən, Osben Cordan vaxtilə Madonnanın tərəf müqabili və sevgilisi olub. Maraqlısı odur ki, Lorin prodüserlərin məsləhəti ilə "EMM-2012" ərəfəsində xarici görkəmini və imicini tamamilə yeniləyib. Daha dəqiq desək, zənci görkəmini mistik yadplanetli obrazı ilə əvəz edib və Kunq-fu rəqslərini mənimsəyib.

Eyforiya mahnısında deyildiyi kimi, biz daha yüksəkdə, yüksəkdə, yüksəkdə İlahiyyat axtarışındayıq....

Könül Aypara

O.M.