Bu gün Babək Niftəliyevin 27 yaşı tamam olur

Bu gün Babək Niftəliyevin 27 yaşı tamam olur

29 May 2012 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
Cavanlar ov ovlamağa cıxacaqlar

Gözəl muğam ifaçısı, gənc xanəndə Babək Niftəliyevin ad günüdür. Əldə etdiyimiz məlumata görə, doğum gününü təmtəraqla keçirməyi xoşlamayan Babək bu gün də ənənəsinə sadiq qalacaq. O, evdə kiçik yığıncaqla kifayətlənməyi düşünür. Amma əsasən ov ovlamağı xoşlayan dostları xanəndəyə qeyri-adi sürpriz hazırlayıblar. Sürprizin nədən ibarət olduğu isə hələ ki sürprizdir...

Gənc xanəndəni kollektivimiz adından təbrik edir, səsinin doğulduğu, amma boya-başa çata bilmədiyi gözəl diyardan – Kəlbəcər mahalından gəlməsini arzulayırıq!

Könül Aypara

O.M.