Oqtay Qaynarca nişanlanıb

Oqtay Qaynarca nişanlanıb

29 May 2012 11:16
1 049
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur türkiyəli aktyor Oqtay Qaynarca, uzun müddətdir əlaqəsi olan 31 yaşındakı Mələk Angun ilə Bursa şəhərində nişanlanıb.

Bursanın Mustafa Kamal Paşa bölgəsində yaşayan Mələk Angun ilə uzun müddətdən bu yana əlaqələrini gizləyən Oqtay Qaynarca, keçən həftə ailəsini Angun ailəsinə elçi göndərib. Angun ailəsi də bu evliliyə razılıq verib. 27 May tarixində Angun ailəsinin evində nişan mərasimi keçirilib. Nişan mərasimində üzükləri Oqtay Qaynarcanın yaxın dostu Səlcuq Üsul taxıb. "Kurtlar Vadisi" serialı çəkilişləri əsnasında tanış olduqları bildirilən cütlüyün toy tarixləri açıqlanmayıb. Nişandan sonra anası, bacısı və qayınıyla birlikdə evdən çıxan Oqtay Qaynarca, jurnalistlərin suallarını cavabsız buraxıb.

O.M