Flora Kərimova İlhamə Quliyevanın xeyrinə 3000 manat cərimə olundu

Flora Kərimova İlhamə Quliyevanın xeyrinə 3000 manat cərimə olundu

24 May 2012 15:07
1 009
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 23-də Nəsimi Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimovaya qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi başa çatıb. İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, İ.Quliyevaya dəymiş ziyana görə, Flora Kərimova 3000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İlhamə Quliyeva 2009-cu ildə Flora Kərimovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiada F.Kərimovanın mətbuata verdiyi müsahibələrdə İ.Quliyevanın şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurulduğu qeyd olunub.

O.M.