SON DƏQİQƏ: "EuroClub"da ulduzlar bir araya gəliblər

SON DƏQİQƏ: "EuroClub"da ulduzlar bir araya gəliblər

24 May 2012 00:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dima Bilan Bakıya valeh olub!

Artıq bir saatdan çoxdur ki, "EuroClub"da əsl alovyandırma mərasimidir desəm, yanılmaram. Belə ki, xalq artistlərimiz Aygün Kazımova və Faiq Ağayevin də iştirak etdiyi ziyafətdə "Eurovision-2008"-ci ildə qalib olmuş Dima Bilan da var! Rusiyanı 2008-ci ildə qalib etmiş Dima "Eurovision-2012"ni izləmək məqsədilə ölkəmizə təşrif buyurub. O, "EuroClub"da A.Kazımova ilə yaxından tanış olub. Tanışlıq zamanı xalq artistimizin gözəlliyinə aşiq olduğunu bildirən D.Bilan şəhərimizdən də danışaraq, Bakıya valeh olduğunu da dönə-dönə vurğulayıb.

Könül Aypara

O.M.