F.Ağayev "EMM-2012" düşmənlərinə sərt mesaj yolladı

F.Ağayev "EMM-2012" düşmənlərinə sərt mesaj yolladı

23 May 2012 17:15
2 020
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti düşmənlərə xidmət edənləri layiq olduqları yerə göndərdi

Dünənki yarımfinal şousundan sonra bir çoxları tədbirin uğurla baş tutduğunu etiraf etməli oldular. Bəli, doğrudan da Azərbaycan dünyaya gözəl bir şou təqdim edə bildi. Amma nədənsə bəzi insanlar buna qısqanclıqla yanaşmaqda davam edirlər. Onların arasında sapı özümüzdən olan baltalar da var. Bir həqiqəti unutmaq olmaz ki, siyasi və ya dini əqidəsindən asılı olmayaraq, bu möhtəşəm tədbirə kölgə salmaq istəyənlər bilərəkdən və ya bilmədən Azərbaycanın düşmənlərinə xidmət etmiş olurlar. Xalq artisti Faiq Ağayev də bu fikirdədir. O, facebook profili vasitəsilə həmin şəxslərə rus dilində kəskin müraciət göndərib: "Кому не нравится грандиозный, филигранно отточенный Евросонг, проводимый в СОБСТВЕННОЙ стране - идите в @опу! Или в Армению, что равнозначно! :))"

Yazının məzmunu belədir: "Kimə öz ölkəsində keçirilən möhtəşəm, incəliklə cilalanmış Eurovision xoş gəlmirsə, getsin @paya! Və ya Ermənistana, hansı ki, eyni şeydir".

Təbii ki, xalq artisti "@paya" deməklə heç də Avropanı nəzərdə tutmayıb. Həmin insanların ismarışı "karın könlündəki" prinsipi ilə qəbul edəcəklərini bildiyindən və etik normaları nəzərə alaraq, onları layiq olduqları "güngörməz" yerə göndərib.

Azərbaycanın problemləri hər bir kəsin olduğu kimi, uğurları da hamımızındır...

Şəlalə Nəriman

O.M.