Türkiyə məhkəməsi Azəri qızı Güneli 9 ay həbsə məhkum etdi

Türkiyə məhkəməsi Azəri qızı Güneli 9 ay həbsə məhkum etdi

23 May 2012 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Azəri qızı Günel adı ilə məşhur olan Günel Zeynalova 9 aylıq həbs cəzasına məhkum edilib. Həmyerlimiz Türkiyədə yaşayan İran azərbaycanlısı, məşhur iş adamı Rza Zərrabla aralarında olan telefon danışıqlarını onun razılığı olmadan açıqladığına görə "xəbərləşmə gizliliyini pozmaq" maddəsi ilə cəzalandırılıb. İstanbul 32-ci Mülki Cəza Məhkəməsinin qərarı ilə G.Zeynalovaya danışıqların detallarını digər tərəfin razılığı olmadan açıqladığı üçün 6 ay həbs cəzası verilib. Daha sonra bu cəza müttəhimin mətbuatdan vasitə kimi istifadə etməsi ilə əlaqədar 9 aya qaldırılıb. Lakin qərarın icrası təxirə salınıb. Günel 5 il müddətində eyni əməli təkrarlayarsa, həbs oluna bilər.

O.M.