Elton Hüseynəliyev heç bir təmsilçinin çıxışını izləməyib

Elton Hüseynəliyev heç bir təmsilçinin çıxışını izləməyib

21 May 2012 12:37
924
Bəyəndim (0) Bəyənmədim (0)
"Gərək bu gün çıxışlara baxam və birini seçəm"

Elton Hüseynəliyev də "Eurovision-2012"nin məhz Azərbaycanda keçirilməsinə sevinənlər arasındadır. O, gediş-gəlişinin çətinləşməsinə etirazını belə bildirmir. Şəhərimizin bəzi küçələrində avtomobillərin idarə olunmasına müvəqqəti də olsa, məhdudiyyət qoyulmasını daha çox təqdirəlayiq hal hesab edir. "Əks təqdirdə, göz gözü seçməz. Bu, yaxşı fikirdir. Düzdür, hamımızın yolu uzanacaq, problemlər yaşanılacaq, amma qayda-qanunlar var, vətəndaş kimi riayət etməliyik. O ki qaldı favoritimə, əfsuslar olsun ki, iştirakçıların çıxışlarını izləyə bilməmişəm. Gərək bu gün internetdə hər birinə nəzər yetirəm və sonda birini seçib səsimi ona yollayam", - deyən Elton da bir çox həmkarları kimi Səbinəni dəstəkləyə bilməyəcəyinə üzülür.

Könül Aypara

O.M.