SON DƏQİQƏ-Samirə ana oldu!

SON DƏQİQƏ-Samirə ana oldu!

17 May 2012 16:07
Bəyəndim (0) Bəyənmədim (0)
Körpə vaxtından əvvəl dünyaya gəlsə də, vəziyyəti normaldır

Bir neçə dəqiqə bundan əvvəl Elmi Texniki Mamalıq və Ginekologiya İnstitutunda /6 saylı doğum evində/ müğənni Samirə Allahverdi ikinci dəfə ana oldu! O, qız övladı dünyaya gətirdi. Hazırda övladını vaxtından əvvəl dünyaya gətirən Samirənin və körpənin vəziyyəti normaldır. Hər ikisi palataya yerləşdirilib. Tezliklə körpənin adı da müəyyənləşəcək. Çox güman ki, ailə üzvləri ad barədə əvvəlcədən götür-qoy ediblər. Deyilənə görə, namaz qılıb, oruc tutaraq dinə ibadət edən Samirə Allahverdi qızına da dini ad qoymaq niyyətindədir.

Allah atalı-analı böyütsün! Ailəsinə, vətəninə layiqli övlad olsun, İnşallah!

Könül Aypara