Aslan Hüseynov Pekində Mehrimlə gəzib

Aslan Hüseynov Pekində Mehrimlə gəzib

4 Aprel 2011 17:05
1 192
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni xaricdəki toylara da dəvət alır

Qırğızıstanın əməkdar artisti Aslan Hüseynov Novruz bayramı tədbirləri ilə əlaqədar Çinin paytaxtında olub. Daha doğrusu, müğənnini ora təşkilatçı Ayaz müəllim, Kənan bəy və "Avropa" prodüsseri Sultan dəvət edib. Pekində təşkil olunmuş konsert proqramında Azərbaycanı Aslanla bərabər gənc müğənni Mehrim də təmsil elib. Onlar böyük kütlə qarşısında çıxış ediblər. Daha sonra digər xalqların nümayəndələri ilə bərabər şəhəri gəzib-dolaşıblar. "Çox qəribədir ki, məni yerli toylardan çox xarici toylara çağırırlar. Deməli, ayın 9-u Antalyada yaşayan bir azərbaycanlının, ayin 16-sı isə Qazaxıstanda yaşayan bir qırğızın toyuna dəvət almışam", - deyən Aslan toylarının sayından razılıq etməyi də unutmadı.

Könül Aypara

O.M.