Samir Bağırov depressiyadadır

Samir Bağırov depressiyadadır

16 May 2012 13:56
Bəyəndim (0) Bəyənmədim (0)
"Nə üçün seçilirəm?"

Tay-tuşlarından geri qalması, həmçinin, eyni vaxtda səhnəyə atılsa da, artıq onların fəxri adlarla təltif olunması onu əməlli-başlı depressiyaya salıb. Söhbət Samir Bağırovdan gedir. "Mən yenə də unuduldum. Gündəmdə qalmaq üçün neyləməliyəm axı? Mahnılarım var, duetlərim var, amma heç yerdə səsləndirilmir. Məni nə üçün efirlərə çağırmırlar? Axı bu, insafdan deyil. Mən də bu sənətdə əziyyət çəkmişəm, mən də can qoymuşam, mən də gecələr yatmayıb vaxtımı səsyazma studiyalarında keçırmişəm. Budurmu əvəzi? Niyə seçilirəm? Bunun cavabını kimdən öyrənə bilərəm?" – deyə üsyana qalxan Samir şou-proqramların birində ürəyini boşaltdı. Ona qarşı edilən saymamazlıqdan təngə gəldiyini bir daha vurğulayıb, unudulduğu üçün hədsiz üzüldüyünü söylədi.

Könül Aypara

O.M.