"Adını Feriha koydum"un final bölümünün tarixi bəlli oldu

"Adını Feriha koydum"un final bölümünün tarixi bəlli oldu

14 May 2012 23:47
1 370
Bəyəndim (0) Bəyənmədim (0)
Emir və Feriha 1 aydan sonra seyirçilərlə vidalaşır

Baş rollarını Hazal Kaya, Vahide Gördüm, Çağatay Ulusoy, Ceyda Ateş kimi önəmli isimlərin paylaşdığı "Adını Feriha koydum" serialının final bölümünün tarixi bəlli oldu. "Med Yapım"ın üstləndiyi, "Şou" tv ekranlarında yayımlanmaqla hər cümə günü reytinqləri alt-üst edən layihə 15 iyun 2012-ci il tarixində izləyicilərlə vidalaşacaq. Xatırladaq ki, serial 65-ci bölümü ilə yekunlaşacaq.

Bu xəbəri də nəzərinizə çatdıraq ki, hər həftənin cümə axşamı günləri Türkiyənin "Kanal D" ekranlarından bizləri salamlayan "Fatmagülün suçu ne?" serialı da iyun ayının 21-də "stop" deyəcək.

Günel Həbib

O.M.