Təranə Səmədova azyaşlı uşağına avtomobil aldı

Təranə Səmədova azyaşlı uşağına avtomobil aldı

14 May 2012 14:22
Bəyəndim (0) Bəyənmədim (0)
Prodüser sosial şəbəkədə mübahisə etdi

Qalmaqallardan başı yenicə açılmış prodüser Təranə Səmədova yenə də özünü oda yox, söz-söhbətə salmaq istəyir. Belə ki, bir vaxtlar eks həyat yoldaşının /müğənni Kərimin/ avtomobilini qaçırdığına görə polis bölməsinə çağırtdırılan Təranə indi üç avtomobilə sahib olduğunu vurğulamaqdadır. O, yarım saat öncə sosial şəbəkələrin birində yeni, özü də həddən artıq qiymətli hədiyyəsini nümayiş etdirdi. Dostlarından biri ilə yüngülvarı mübahisəsi düşən T.Səmədova avtomobilinin sevgilisinə məxsus olduğunu, ona sadəcə, etibar edildiyini də yazdı. Məlum oldu ki, bu 250 min manatlıq maşın əslində sevgilisi, daha doğrusu, övladının atası olan Fərid Azayevindir. Təranənin özünün isə əlavə olaraq üç avtomobili var. "Biri mənim, biri qızımın, biri isə anamın", - deyən prodüser bu qiymətli maşınları zəhmətlə aldığını da açıqladı.

Müğənnilik eşqinə düşənlərin bir müddətdən sonra prodüserliyə keçid aldıqlarını görsəniz, heç də təəccüblənməyin. Axı kim istəməz ki, üç avtomobil sahibi olsun?

Könül Aypara

O.M.