Xatirə İslam: "Oxuyacağam da, toylara da gedəcəyəm!"

Xatirə İslam: "Oxuyacağam da, toylara da gedəcəyəm!"

14 May 2012 13:20
2 164
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni toyunun vaxtını dəqiq bilmir

Son günlər "Biri var burda!" deyə hayqıran Xatirə İslamın həyatında sən demə, biri varmış. Mayın 11-də bağ evində nişan mərasimi keçirilən müğənni nişanlısı ilə aralarında olan münasibətdən bəhs etdi. "Qısqanclıq əlbəttə ki, hər bir sevib-sevilənlər kimi bizim aramızda da olub və hələ də olmaqdadır. Bu, xoş hissdir. Amma hər şeyin dərəcəsi var. İndi nişanlımın qısqanclığı yerindədir. Yersiz söz-söhbətlərə son qoyulub. Mən bütün subay qızlara nişanlım kimi oğlan qismət olmasını arzulayıram. O, məni yaxşı başa düşür. Necə zəhmətlə, çətinliklə pul qazandığımı da bilir. Toyumuzdan sonra da oxuyacağam da, toylara da gedəcəyəm. Bu, mənim sənətimdir və mən bu sənətsiz yaşaya bilmərəm!" - deyə sevincimi bizimlə böluşən sənətçi tezliklə baş tutacağı toyunun vaxtını heç özü də dəqiq bilmədiyini etiraf edir:

- İnanırsınız, dəqiq heç nə məlum deyil. Təqribən yay ayına planlaşdırmışıq, amma günü bəlli deyil. Çünki bəzi işlərimiz var, onlar tam həll olunmalıdır. Yalnız bundan sonra toy nə vaxt, harada keçiriləcək məlum olacaq.

Buna baxmayaraq, əldə etdiyimiz məlumata görə, artıq məkan və tarix bəllidir. Sadəcə olaraq, öncədən danışmaq Xatirəyə uğursuzluq gətirir deyə, bu barədə əvvəlcədən açıqlama vermək istəmir. Müğənni hətta toyunun baş tutacağı məkanın rəhbərliyinə də vaxtı gizli saxlamağı dönə-dönə tapşırıb. Onu da əlavə edim ki, bəzi müğənnilərimizdən fərqli olaraq, X.İslamın şad gününə şou-biznes ulduzları ilə yanaşı jurnalistlər də dəvət olunacaqlar.

Allah xoşbəxt eləsin! Sağ əli subay sənət yoldaşlarının başına! Səidə Sultan, nə tez başını irəli uzatdın?

Könül Aypara