Məşhur meyxanaçı Zaur Aşiq qəflətən toyda vəfat etdi

Məşhur meyxanaçı Zaur Aşiq qəflətən toyda vəfat etdi

13 May 2012 19:12
Bəyəndim (0) Bəyənmədim (0)
O, heç bir xəstəlikdən şikayət etməsə də, ürək çatışmazlığından dünyasını dəyişdi

Məşhur meyxanaçı Zaur Aşiq bu gün axşam saatlarında 31 yaşında qəflətən vəfat edib. Şahidlərin fikrincə, o, heç bir xəstəlikdən şikayət etməsə də, ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə Lənkəranda toyların birində baş verib.

Xatırladaq ki, meyxana aləmində yaxşı tanınan Zaur Aşiq 1981-ci ildə Lənkəranda anadan olub. Son zamanlar "Qəşəng-qəşəng", "Avtoxuliqan", "Приступный мир (Cinayət aləmi)" və sair musiqili meyxanaları ilə meyxanasevərlər arasında xeyli populyarlıq qazana bilib.

Allah rəhmət eləsin!

O.M.