Elza Seyidcahan telekanallara xəbərdarlıq etdi!

Elza Seyidcahan telekanallara xəbərdarlıq etdi!

5 May 2012 14:38
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist özünü bəstəkar kimi tanıtmaq niyyətindədir

Sizə kimdən deyim, kimdən danışım, əmərdar artist Elza Seyidcahandan. Ekstrovaqant müğənni yenidən üsyana qalxıb! Müğənni?!

Açığı, E.Seyidcahana necə müraciət ediləcək məsələsi artıq müşkül məsələyə çevrilib. Doğrudur, bu vaxta kimi onu müğənni kimi tanıyıb, məhz "müğənni" kimi də müraciət etmişik. Amma artıq Elza xanımın adının qarşısından "müğənni" sözü yığışdırılıb. Daha doğrusu, özü bunu tələb edir. "Mənim adımın qarşısına "müğənni" sözü yazılmasın! Çünki mən bəstəkaram! Telekanallara da xəbərdarlıq etmişəm, mənim haqqımda danışanda hamı zəhmət çəkib mənə "bəstəkar Elza Seyidcahan desin!"" – deyə şərti şumda kəsməyən E.Seyidcahan üçün bəstəkar kimi tanınmaq bir qədər çətin olacaq. Cünki artıq hər kəs onu ekstrovaqant mahnıların ifaçısı kimi tanıyıb, müğənni kimi qəbul edib. Əlbəttə, etməyən də var. Necə deyərlər, zövqlə bəhs etmək olmaz.

E.Seyidcahanın birdən-birə "bəstəkar" kimi tanınması bir qədər maraq doğurur, elə deyilmi? O, sanki kiməsə acıq verirmiş kimi, bir növ bəstəkar olduğunu sübuta yetirməyə çalışır. Onu da xatırladaq ki, bir müddət öncə E.Seyidcahan təqlid olunduğu üçün "Parni iz Baku" komandasının rəhbəri, əməkdar artist Tahir İmanova acıqlanmış, bəstəkarlığı lağa qoyulduğuna görə etirazını bildirmişdi. Çox güman ki, bu "bəstəkar" məsələsinin məğzi də məhz buradan qaynaqlanıb.

Könül Aypara

O.M.