Luis Vuitton 10  milyona imzasını aldı

Luis Vuitton 10 milyona imzasını aldı

25 Aprel 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Hər il təqdimatları üçün seçdiyi məşhur üzlərlə olay yaradan Luis Vuitton bu dəfə də markasından ağızdolusu bəhs etdirəcək.

Tələbləri, kaprizləri və hər firma ilə işbirliyi qurmamağı ilə tanınan "Oskar"lı ulduz Ancelina Coli Luis Vuittonun iş təklifinə "yox" demədi. Dünyanın ən cazibəli məşhur xanımlarından biri olan aktrisanın sevəni qədər sevməyəni olsa da, onun atdığı hər addımın səs gətirdiyi bir gerçəkdir. Məhz bu səbəbdən də Luis Vuittonun rəqiblərini xeyli arxada qoyması üçün Colini seçməsi moda və maqazin dünyasının müzakirə obyektinə çevrilib. Onu da nəzərinizə çatdıraq ki, yay mövsümündən etibarən 10 milyon dollarlıq vəzifəsinin başına keçəcək olan Ancelina Mark Yakobsun möhtəşəm dizaynları içində poza verməyə başlayacaq.


Təsadüfi deyil ki, maqazin sözü ruscadan tərcümədə mağaza deməkdir...


Günel Həbib


O.M.