Telman İsmayılov şəxsi restoranında Filip Kirkorova ad günü keçirdi

Telman İsmayılov şəxsi restoranında Filip Kirkorova ad günü keçirdi

3 May 2012 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya estradasının ulduzlarından Filip Kirkorova dəbdəbəli ad günü keçirib. "Safisa" istirahət mərkəzinin ziyafət zalında keçirilən ad günündə 600-dək qonaq iştirak edib. Kirkorovun 45 yaşı münasibətilə verilən ziyafət 180 min dollara başa gəlib, banketin bütün xərcini Telman İsmayılov ödəyib.

Xatırladaq ki, "Safisa"nın sahibi olan Telman İsmayılov ötən il burada Nikolay Baskovun da şərəfinə təntənəli ziyafət təşkil edib.

O.M.