VIDEO - Aygün Kazımova və Üzeyir...

VIDEO - Aygün Kazımova və Üzeyir...

2 May 2012 11:27
Bəyəndim (0) Bəyənmədim (0)
Divamız Türkiyə şou-biznesinə ayaq basır

Azərbaycanın xalq artisti Aygün Kazımova haqda son yenilikləri sizinlə bölüşürük! Biz yazaq, siz də bilin ki, divamız bu gün - daha doğrusu, bir neçə saatdan sonra Türkiyəyə yola düşəcək. Türkiyə şou-biznesində parlamağı qarşısına məqsəd qoymuş Aygün sən demə, tanınmış bir şirkətlə işbirliyi qurubmuş. Həmin bu şirkət Ajda Pekkan, Sezen Aksu, Hande Yenerlə də çalışmaqdadır. Onu da əlavə edək ki, A.Kazımova qonşu ölkədə pop ulduzlar üçün mahnılar bəstələyən, həmçinin, müğənniliklə məşğul olan Sinan Akçillə də (Hadisenin keçmiş sevgilisi) çalışmaqdadır. Belə ki, onlar Azərbaycanda keçiriləcək "Eurovision 2012" müsabiqəsi ilə bağlı bir sinql ərsəyə gətiriblər. Hansı ki, həmin bu sinqıl "Eurovision 2012"nin açılışına qədər tamaşaçıların ixtiyarına veriləcək. Yeri gəlmişkən, bu gündən etibarən xalq artistimiz haqda Türkiyə mediasında müxtəlif açıqlamalar veriləcək. Qonşumuzda sıfırdan yaradıcılığına başlayan starın klipləri də türk tele-kanallarında yayımlanacaq. O, eyni zamanda tanınmış verilişlərdə qonaq qismində çıxış edəcək. Bir sözlə, Kazımovanın partladacağı bombanın vaxtı gəlib çatıb!

Dayanın, A.Kazımova ilə bağlı xəbər turumuz hələ bitməyib. Onu da qeyd etməyi unutmayaq ki, ulduzumuz nəinki Azərbaycanda, eləcə də xaricdə də xeyli populyarlıq qazanmış, sənətə yenicə addım atmağına baxmayaraq, artıq ətrafına xeyli fan ordusu toplaya bilən Üzeyir Mehdizadə ilə də duet oxuyub. "Qoy bütün aləm bizdən danışsın" adlı mahnının ərsəyə gətirilməsində sonuncunun böyük rolu olub. Elə Aygünə duet təklifi də onun tərəfindən gəlib. Fikrin heç də pis olmadığı qərarına gələn diva bu işə qol qoyub. Hətta Üzeyirlə ikinci dueti də yoldadır. Və çox keçməz ki, onların ifasında səslənən musiqiləri radio, tv və internetdə dinləmə şansımız olar...

Könül Aypara

O.M.