Ali kapitanın yeni serialının ismi bəlli oldu

Ali kapitanın yeni serialının ismi bəlli oldu

1 May 2012 11:22
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyorun "Öyle bir geçer zaman ki"dəki ömrünə çox az qalıb

"Öyle bir geçer zaman ki"dəki Ali kapitan rolundan sıxılan Erkan Petekkayanın yeni serialının adı bəlli oldu! Xəbərə görə, sezon finalında "Öyle bir geçer zaman ki"dən ayrılması planlaşdırılan aktyor sentyabrdan etibarən "Dila hanım"da aktyorluq qabiliyyətini nümayiş etdirəcək. Bir vaxtlar Kadir İnanır və Türkan Şorayın oynadığı film 2012-ci ildə serial şəklində izləyicilərə təqdim olunacaq. Serialda Erkan (Ali kapitan) Kadir İnanırı - karadağlı Rızanı oynayacaq. Hətta deyilənlərə görə, aktyor hər bölüm üçün 27 min manat qonorar alacaq. Hətta deyilənlərə görə, 13 bölümün qonorarını nəğd alan aktyor bank hesabını xeyli şişirdib.

Geriyə qaldı nə? "Öyle bir geçer zaman ki"nin Ali kapitansız hansı hekayəni uyduracağı... Amma belə bir gerçək də var ki, türk serial sektorunda işlər heç də yaxşı getmir. Bu sezon başlayan onlarla serialdan çox az sayda ayaqda qalanı oldu. Görünüşə görə, gələcək sezon davam edəcək olan seriallar yeni start götürənlərə qarşı daha perspektivli olacaqlar. Yəni yeni başlayan seriallar üçün şərtlər yeni sezondan etibarən daha ağır olacaq.

Günel Həbib

O.M.