Beren Saatı bu il "tozda" qoydu

Beren Saatı bu il "tozda" qoydu

1 May 2012 10:23
Bəyəndim (0) Bəyənmədim (0)
"Rexona" onu seçdi!

Ötən il "Rexona" firması ilə anlaşan, firmanın üzü olan, əvəzində də 1 milyon dolları cibinə qoyan Beren Saat rolunu başqa həmkarına həvalə etdi. Son zamanlar reytinqləri alt-üst edən, hətta "Muhteşem Yüzyıl"ın izləyicilərini belə əlindən alan "Güney-Kuzey" serialında performansı ilə diqqət çəkən Merve Boluğur - Zeynep "Rexona"nın da nəzərindən kənarda qalmadı. Elə bu səbəbdən də marka Berendən sonra məhz onu seçdi. Və beləcə, aktrisa ona həvalə edilmiş vəzifənin başına keçdi, ortaya da bu rəsmlər çıxdı. Çox keçməz ki, Merve billboard və tv-dəki reklam rolikləri ilə bizi sevindirər...

Günel Həbib

O.M.