İbrahim Borçalı dava-dalaş saldı!

İbrahim Borçalı dava-dalaş saldı!

28 Aprel 2012 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni eyni zamanda tıxac da yaratdı

Bir saat öncə "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Mc. Donalds" restoranının qarşısında bir səs-küy var idi ki, gəl görəsən! Qara "Jeep"i ilə restoranın "Mc. drive" hissəsinə təşrif buyuran İbrahim Borçalı sifarişini alsa da, çox keçməmiş geri qayıtdı. Öz şirin ləhcəsi ilə kartof qızartmasını tələb edən müğənni avtomobilini əks istiqamətdə saxladığından tıxaca səbəb oldu. Restoranın işçisi kassa çekini yoxladıqdan sonra səhvinə görə üzrhaqlıq etdi. Bir qutu kartof qızartmasını İbrahimə təqdim etdi. Borçalı yarıəsəbi, yarınarazı halda avtomobilinə əyləşib, hadisə yerindən uzaqlaşdı. Beləcə, yol da açılmış oldu.

Könül Aypara

O.M.