Ukraynanın «Eurovision-2012» təmsilçisinin səsi batdı

Ukraynanın «Eurovision-2012» təmsilçisinin səsi batdı

26 Aprel 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının yaydığı məlumata görə, Ukraynanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək Qaytananın müsabiqəyə bir ay qalmış səsi batıb. Ukraynalı müğənni bütün konsertləri təxirə salıb və müsahibələr vermir. Bildirilir ki, Qaytananın bu halla qarşılaşması ilk dəfə deyil. Müğənni milli finalda qalib olandan sonra da səs telləri ilə bağlı problemlər yaşayıb. Müsabiqə öncəsi Qaytana xüsusi proseduralara da gedir, amma nəticə barədə hələlik heç nə deyilmir.

Qeyd edək ki, eyni problemlə Ukraynanı 2010-cu ildə sözügedən yarışmada təmsil edən Alyoşa də qarşılaşmışdı.

O.M.