F.A. "Facebook"da da 100% oldu!

F.A. "Facebook"da da 100% oldu!

24 Aprel 2012 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Faiq Ağayev "Facebook" sosial şəbəkəsindəki profil şəklini yeniləyib. Hər zaman şou-biznesdə yeniliyi ilə seçilən F.A. bu dəfə də adətindən geri qalmadı. Faiq profil şəklini şəxsiyyət vəsiqəsinin rəsmi ilə əvəzlədi. Səbəb kimi isə bunları göstərdi:

Mətbuat işçilərinin nəzərinə!

1. Profilimə şəxsiyyət vəsiqəmin şəklini ona görə yerləşdirdim ki, "Doğrudan bu Faiq Ağayevdir?" - kimi suallara son qoyum.

2. Şəkil dəyişdirilməyib. Şəxsiyyət vəsiqəmdə də məhz bu fotodur.

3. Seriya nömrəsini bilərəkdən, dələduzların sui-istifadəsinin qarşısını almaq üçün "F.A. 100%" ilə əvəzləmişəm.

Günel Həbib

O.M.