"Fatmagülün suçu ne?"də korifeyimizin musiqisi eşidildi

"Fatmagülün suçu ne?"də korifeyimizin musiqisi eşidildi

22 Aprel 2012 16:46
Bəyəndim (0) Bəyənmədim (0)
Rəşid Behbudovun "Nazəndə sevgilim"i türk serialında

Son zamanlar Azərbaycan musiqilərinin - xüsusilə də arxivdə qalmış musiqilərin bir-birinin ardınca tozları təmizlənməkdədir.Nəinki yerli ulduzlarımız, eləcə də əcnəbi müğənnilər də artıq yeni albomlarına bizim musiqiləri daxil etməklə bir növ yeniliyə yol verirlər. Serdar Ortac, Sibel Canın adını bu siyahıya daxil etmək olar.

Sözü çox uzatmadan keçək mətləbə. Sizə xəbər verək ki, hazırda Türkiyə ilə yanaşı bir çox ölkələrdə xeyli populyarlıq qazanmış, izlənmə rekordlarını qıran "Fatmagülün suçu ne?" serialının son bölümündə azəri musiqisinə yer verilib. Xanım müğənninin ifasında eşitdiyimiz musiqinin özəlliklə sözləri diqqətimizi çəkdiyi üçün kiçik bir araşdırma apardıq. Ortaya isə bu nəticə çıxdı...

Serialın 19.04.2012 tarixli bölümünün sonlarına doğru Kerimin ad günü səhnəsi gəlir izləyicilərin qarşısına. Həmin bu səhnədə də masa ətrafında toplaşmış qonaqlar bir vaxtlar Rəşid Behbudovun ifasında sevilən "Nazəndə sevgilim"in sədaları altında rəqs edirlər. Musiqi İslam Səfərlinin sözlərinə bəstələnib. Bəstə isə Andrey Babayevə aiddir.

Günel Həbib