Sibel Can Şövkət Ələkbərovanın repertuarına müraciət etdi

Sibel Can Şövkət Ələkbərovanın repertuarına müraciət etdi

22 Aprel 2012 15:49
Bəyəndim (0) Bəyənmədim (0)
"Bir könül sındırmışam" yenidən gündəmdə

Hər zaman azəri musiqilərinə hörmət bəslədiyini, azəri seyirçisini sevdiyini, bir millet-iki dövlət olduğumuzu unutmadığını söyləyən Sibel Can bu sözlərini əməli ilə də təsdiq etdi. Belə ki, məşhur türk müğənnisi yeni albomunda - "Meşk"də azəri mahnısına da yer ayırdı. "Bir könül sındırmışam" adlı mahnı "Kabahatım böyükdür" adı altında artıq Sibel Canın ifasında eşidilir və bəyənilir. Hansı ki, musiqinin ilk ifaçısı unudulmaz karifey Şövkət Ələkbərova olub. Sözləri İslam Səfərliyə aid olan slou sinqılın bəstəsinin altında isə Ramiz Mirişlinin imzası var.

Günel Həbib