Bu gün Rəşad Dağlının şad günüdür

Bu gün Rəşad Dağlının şad günüdür

21 Aprel 2012 12:49
Bəyəndim (0) Bəyənmədim (0)
Hər kəs bu gün onun başına yığılacaq...

On beş yaşından etibarən o, bu sənətin tam episentrindədir. O vaxtan bu yana adından tez-tez bəhs etdirən meyxanaçı artıq bu aləmdə sözünü deyib, deməkdə də davam edir. Onu artıq gənc adlandırmaq olmaz, çünki meyxana aləminin ustasına çevrilib. Söhbət son zamanlar demək olar ki, nömrə bir olan, populyar meyxanaçı Rəşad Dağlıdan gedir. Bu gün meyxanaçının şad günüdür. Çünki Rəşad Əmirov 28 yaşını qeyd edir. Əldə etdiyimiz məlumata görə, ünlü ad gününü ailəsi ilə birlikdə qeyd edəcək. Çox güman ki, daha sonra sənət həmkarlarının iştirakı ilə də onun adına tədbir təşkil olunacaq.

Biz də "Oxu məni" ailəsi olaraq Rəşada uzun ömür, can sağlığı və pik arzu edirik. Qoy meyxanaları hər zaman zirvədən eşidilsin...

Günel Həbib

O.M.