Ajda Pekkan özü hazırladığı yay kolleksiyasını təqdim etdi

Ajda Pekkan özü hazırladığı yay kolleksiyasını təqdim etdi

19 Aprel 2012 17:30
Bəyəndim (0) Bəyənmədim (0)
Mayolar, bikinilər - bir sözlə, hər şey!

Moda dünyasına sürətlə "baş vuran" Ajda Pekkan öz əlləri ilə dizayn verdiyi çimərlik paltarlarının çəkilişləri üçün kamera qarşısına keçdi. "Ayaydın Miroglio Grup" ilə işbirliyi quran müğənni artıq iki ildir ki, "Twist" kolleksiyası hazırlayır. Bu şəkildə adından tez-tez bəhs etdirən Ajda sonuncu bombasını partlatdı! O, "Ajda Pekkan for Twist" kolleksiyası üçün mayo və bikinilər ərsəyə gətirdi. Stilini plyajlara qədər aparan Ajdanın daha bir sürprizi hazırladıqlarını özünün tanıtması oldu. Ünlünün yeni rəsmlərinin altında Nihad Odabaşının imzası var. Çəkilişlər Bodrumda aparılıb. Pekkan həm sahildə, həm də villada iki gün boyunca poza verdikdən sonra ortaya bu möhtəşəm görüntülər çıxıb. 32 parçadan ibarət olan kolleksiyada çimərlik paltarları, çantalar, şalvarlar, aksessuarlar və s. yer alır.

Günel Həbib