Yenə çox güləcəyimiz bir film gəlir...

Yenə çox güləcəyimiz bir film gəlir...

19 Aprel 2012 15:55
Bəyəndim (0) Bəyənmədim (0)
Recep İvedik yeni adda film çəkir

Sssenarisini yazaraq, baş rolunu ifa edən, 3 filmi ilə toplam 12 milyon seyirçini başına toplaya bilən Şahan Gökbakar yeni layihəsi üçün qollarını çırmalayıb. Recep İvedik dördüncü filmi "Celal ile Ceren"in çəkilişlərinə may ayında başlayır.

Filmlərinin rejissor stulunda hərbi xidmətini başa vuraraq, geri dönən qardaşı Tolga Gökbakarı otuzduran aktyor, "Yenə çox güləcəyiniz bir film olacaq. Qismət olsa, çəkilişlərə may ayının sonunda start verəcəyik. O ki qaldı "Recep İvedik 4"ə, onu gələn il lentə alacam. Sonuncunun ssenarisi üzərində də işlər gedir", - deyə açıqlamasında bildirib.

Onu da qeyd etməyi unutmayaq ki, Şahanla qardaşı "Çamaşırhane" adlı şirkətin sahibidirlər.

Günel Həbib