Valide sultan sezon sonunda öləcək!

Valide sultan sezon sonunda öləcək!

19 Aprel 2012 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa "Muhteşem Yüzyıl"la vidalaşmaq üzrədir...

"Muhteşem Yüzyıl"da yarpak tökülüşü səhnəsi davam etməkdədir. Bu dəfə də daha bir ünlü isim "mən yoxam" dedi!

"Valide sultan sezon sonunda öləcək. Onun hekayəsi bitmək üzrədir. Əslinə qalsa, hardan baxırsınızsa-baxın, Valide sultan çox yaşayıb. Uşaqlar doğub, böyüdüb", - deyən aktrisa Nebahat Çehre gələcək planlarından da söz açıb: "7 ildir durmadan işləyirəm. Ona görə də yeni layihə təkliflərini rədd edirəm. 3-4 ay dincələcəm".

Bu arada onu da xəbər verək ki, möhtəşəm serialda Malkaçoğlu xarakterinə can verən Burak Özçivit də komandadan ayrıldı. Ondan başqa, Gül ağanı oynayan Engin Günaydının 8 bölümlük müqaviləsinin vaxtının bitməsinə az qaldığı üçün aktyor yeni sezonda izləyicilərin qarşısına çıxa bilməyəcək.

Günel Həbib