Dənizkənarı Milli Parkda intihar məqsədilə özünü dənizə atmış şəxs xilas edildi

Dənizkənarı Milli Parkda intihar məqsədilə özünü dənizə atmış şəxs xilas edildi

17 Aprel 2012 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaş xilas edilib.

O.M.