"Yahşi Cazibe"nin ömrünə çox az qalıb

"Yahşi Cazibe"nin ömrünə çox az qalıb

15 Aprel 2012 13:56
Bəyəndim (0) Bəyənmədim (0)
Serial bitir?

"Yahşi Cazibe" serialı ilə adından tez-tez bəhs etdirən Hakan Yılmazdan serialın aqibəti ilə bağlı maraqlı açıqlama gəldi!

Aktyor dünən paparasiya ilə üz-üzə gəldi. Yılmaz - yəni Kemal 6 iyundan etibarən bığları ilə vidalaşacağını söylədi: ""Avropa yakası"ndan sonra imicim bu cür qaldı. Hazırda Aslıhan Günbüzlə baş rolları paylaşdığım "Yahşi Cazibe" bitər-bitməz bığlarımla vidalaşmağı planlaşdırıram".

Qadınların komik kişilərdən xoşlandığı iddiasını rədd edən ünlü, "Hər dəqiqə zarafat edən bir insan çox çəkilməz olar, məncə", - deyə bu duruma münasibətini bildirdi.

Günel Həbib