Parodiyaçı aktyor Ramil Abdullayevin ailəsində kədərli hadisə baş verdi

Parodiyaçı aktyor Ramil Abdullayevin ailəsində kədərli hadisə baş verdi

13 Aprel 2012 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Niyaməddin Musayev və Yaşar Nuri obrazlarının mahir təqlidçisi Ramil Abdullayevin ailəsində kədərli hadisə baş verib. Dünən gecə saatlarında parodiyaçı aktyorun anası şəkərli diabet xəstəliyindən dünyasını dəyişib. Mərhumun dəfni bu günə nəzərdə tutulub. Yas mərasimində Ramilin aktyor həmkarlarının, o cümlədən Fərdə Xudaverdiyevin və Müşfiq Şahverdiyevin də iştirakı gözlənilir. Allah rəhmət eləsin!

Günel Əliqızı

O.M.