Uitni Hyuston tarixə qarışdı

Uitni Hyuston tarixə qarışdı

12 Aprel 2012 22:36
Bəyəndim (0) Bəyənmədim (0)

Otel otağında cəsədi tapılan Uitni Hyustonla bağlı açılan cinayət işi yekunlaşdı. Beverli-Hilsin polis sözcüsü Uitninin ölümündə günahkarın olmadığı, dolayısıyla cinayət işinin bağlandığını söylədi.

Xatırladaq ki, 48 yaşlı müğənni otel otağında aşırı dərəcədə istifadə etdiyi narkotik maddə və sakitləşdirici həblərə tab gətirməyərək ölüb. Onun meyiti vanna otağındakı vannada tapılıb. Ekspertlər dünya şöhrətlinin suda huşunu itirdiyini və boğularaq öldüyünü açıqlayıblar.

Günel Həbib