Serdar Ortac ağır xəstəliyə tutulub

Serdar Ortac ağır xəstəliyə tutulub

12 Aprel 2012 22:23
Bəyəndim (0) Bəyənmədim (0)

Hər biri hit olan mahnıları qədər şorgözlüyü ilə də gündəmdə qalmağı bacaran Serdar Ortac tənha ölməkdən qorxduğunu etiraf etdi. Türkiyənin ən ünlü şəxsiyyətlərindən olan Serdar özü ilə bağlı bəzi özəl açıqlamalar verdi. Ona görə, artıq yaşlanıb və qocalıq sindromuna tutulub: "Özümü yaşlanmış və ağırlaşmış hiss edirəm. Yaşım 40-ı keçib, artıq səhnədə əvvəlki kimi hoppanıb, oynaya bilmirəm. Həyatda üç dəfə sevmişəm. Heç biri də müsbət sonlanmayıb. Evlənib, uşağ sahibi olmadığım üçün peşmanam. Yalnız ölməkdən çox qorxuram. Bir həyat yoldaşım, uşaqlarım olsun, heç olmasa onların yanında gözlərimi əbədi olaraq yumum.

Musiqilərimin bir-birinə bənzədiyini söyləyirlər. Mənə irad tuturlar. Ancaq mənə görə, mən "Coca-cola" kimiyəm, formulum sevilib. Tutdura bilmişəm! Əsla tərzimi dəyişdirmərəm. Sevilən bir şeydən vaz keçmək dəlilikdir".

Günel Həbib