
Soner ata oldu
Son zamanlar türk
tele-seriallarına tələb artdığından əvvəlcə o qədər də tanınmayan aktyor və ya
aktrisalar demək olar ki, artıq dünya ulduzuna çevrilməkdədirlər. Onlardan biri
də "Öyle bir geçer zaman ki"də yüksək performans nümayiş etdirən Mete
Horozoğludur. Hansı ki, serialda Soner xarakterinə can verir.
Təxminən bir il bundan əvvəl evlənən aktyor artıq məhəbbətinin bəhrəsini gördü. Sonerin oğlu dünyaya gəldi. Elif-Mete cütlüyü oğullarına Ali adını qoydular. Uşağını qucağına alan ulduz ilk təəssüratlarını jurnalistlərlə bölüşüb: "Çox həyəcanlı və xoşbəxtəm. Belə bir halı ancaq yaşayanlar bilər. Sağ əlim ata olmaq arzusunda olanların başına. Şükür Allaha..."
Günel Həbib
Digər xəbərlər