Anatollu Qəniyevin ailəsində toy sədası var!

Anatollu Qəniyevin ailəsində toy sədası var!

5 Aprel 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Heydər Anatollu böyük oğlunu evləndirməyə hazırlaşır

"Yenilməz batalyon" filmində səsləndirilmiş Teymurun mahnısını oxuyan, "Astara", "Naz-naz", "Reyhan", "Yaşa, könül", "Bəh-bəh", "Badamlı", "Ay qız", "Çıx yaşıl düzə", "İlk görüşdən gəlirəm" və s. bu kimi əsərlərin ifaçısı olmuş, Azərbaycanın dahi sənətçilərindən biri mərhum Anatollu Qəniyevin ailəsində sevindirici hadisə baş verəcək. Belə ki, sənətkarın davamçısı Heydər Anatollunun oğlu Fırat ailə həyatı qurmağa hazırlaşır. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Fıratla sevib-seçdiyi Nərmin adlı xanım aprel ayının 10-da nikah masasına əyləşəcəklər. Onu da xatırladaq ki, məclis "Grand Palase"-də həyata keçiriləcək.

Toy şənliyində şou-biznes nümayəndələrinin iştirakı da nəzərdə tutulub. Heydər Anatollu (Qəniyev) duet oxuduğu Aşıq Samirə və Sevda Eyvazovanı xüsusilə şad gününə dəvət edib.

Nəzərinizə çatdıraq ki, bəy kürsüsündə əyləşəcək Fırat evin böyüyüdür. Kiçik oğlanın adı isə babasının şərəfinə qoyulub: "Anatollu". Buna baxmayaraq, əksəriyyət Anatolluya "Qaqaş" deyə müraciət edir.

Toyla əlaqədar yadda qalan hadisələrdən biri bu olub ki, Qaqaşın işi ikiqat artıb. Belə ki, o, qardaşının toyu üçün payladığı dəvətnamələrdə məclisin keçiriləcəyi günü qeyd etməyi unudub. Bunu üçün də yenidən həmin qonaqlara müraciət edərək, toyun ayın 10-da nəzərdə tutulduğunu bir-bir söyləmək məcburiyyətində qalıb.

"Oxu Məni" kollektivi olaraq Heydər Anatolluya gözaydınlığı verir, "Allah xoşbəxt eləsin!" - deyirik! Gün o gün olsun ki, belə bir xəbəri kiçik oğlu Anatolluya həsr edək!

Könül Aypara

O.M.