Bu gün Eyyub Yaqubovun şad günüdür

Bu gün Eyyub Yaqubovun şad günüdür

5 Aprel 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist əzizlərini başına yığacaq

Deyirlər, qadından yaş soruşmazlar. Düzdür, bunun mənasını hər kəs bir yerə yozur. Amma çoxluğun fikrincə, qadında yaşa qarşı kompleks var. Yaşının üstünə yaş gəldikcə onu vahimə basır və beləcə, yaşını gizlətməyə çalışır. Amma əks tərəfin nümayəndələri güclərini burada da nümayiş etdirməyi bacarırlar. Yaş məsələsində onlarda heç bir kompleks olmur.
Bu gün ad gününü qeyd edən səbəbkarımız kişi cinsinin nümayəndəsidir. Azərbaycanın əməkdar artisti, "Şanson" üslublu mahnıların mahir ifaçısı olan Eyyub Yaqubov bu gün 47 yaşını qeyd edəcək. Əldə etdiyimiz məlumata görə, müğənni bu gözəl gününü doğmalarının, dostlarının əhatəsində keçirməyə hazırlaşır. Hətta deyilənə görə, E.Yaqubovun xarici ölkədə yaşayan və xətrini çox istəyən dostları da bu əziz gündə onu tək qoymayacaqlar. Bir təbrikdən ötrü min kilometrlərlə yol qət edib, Bakıya gələcəklər.

"Oxu Məni" kollektivi olaraq Eyyub Yaqubovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, indən belə yaradıcılığında daha yüksək zirvələri fəth etməsini diləyirik!

Könül Aypara

O.M.